Mixail Boçarnikov: “Soçidə imzalanan sənədlər əməkdaşlığımızı genişləndirəcək”
“Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə təhsil sahəsinə xüsusi diqqət ayrılır”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Ekspo Mərkəzində XII Azərbaycan beynəlxalq təhsil sərgisində söyləyib.
“Rusiya həm texniki, həm də humanitar universitetlərini təqdim edir. Əlbəttə, hər iki istiqamət önəmlidir, lakin mən texniki universitetləri xüsusi qeyd etmək istərdim, çünki onlar iqtisadi əlaqələrin əsasını təşkil edir. Burada olan universitetlərin nümayəndələri azərbaycanlı tələbələrin artıq həmin ali məktəblərdə təhsil aldıqlarını vurğulayıblar. Onlar həm əyani, həm qiyabi, həm də distant təhsil alanlardır. Bu il Azərbaycan və Rusiya prezidentlərinin dörd dəfə görüşməsi olduqca əhəmiyyətlidir və ölkələr arasındakı əlaqələrdə mehriban mühitin inkişafına böyük təkan verir. Soçidə imzalanmış sənədlər əməkdaşlığımızı daha da genişləndirəcək” — deyə səfir bildirib.
Səfir Mixail Boçarnikovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz