CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizi yenə "məşhur" etdilər: Azərbaycanlı külli-miqdarda saxta dollarla saxlanıldı

İstintaq Komitəsi Azərbaycan vətəndaşının pulları harada saxladığını və Gürcüstanda satışını necə həyata keçirdiyini açıqlamayıb
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Gürcüstanda azərbaycanlı saxta pul əsginaslarının saxlanılması və satışı ittihamı üzrə Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Sputnik Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Komitəsinin rəsmi saytına istinadən xəbər verir.

Axtarış zamanı saxlanılan şəxsdən hər biri 100 ABŞ dolları nominalı dəyərində 617 saxta əsginas müsadirə olunub.

İstintaq Komitəsi Azərbaycan vətəndaşının pulları harada saxladığını və Gürcüstanda satışını necə həyata keçirdiyini açıqlamayıb.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin "Böyük məbləğdə saxta pul və qiymətli kağızların hazırlanması və satışı" maddəsi ilə cinayət işi başladılıb. O, 7-10 il müddətinə azadlıqdan məhrum edilə bilər.