QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan prezidenti ərazi bütövlüyümüzü pozdu, gözəl Şuşamıza gəldi

Armen Sarkisyan separatçı rejimin nümayəndələri ilə görüşüb
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə, Şuşa şəhərinə gəlib. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumata əsasən, Armen Sarkisyan separatçı rejimin nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, daha öncə Azərbaycanın işğal olunmuş ərazilərinə — Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup qadının adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısına salınıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilən siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.

Daha əvvəl Azərbaycan XİN Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü "Qadınlar Sülh naminə" təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı bəyanat yayıb və bu təşəbbüsün Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmədiyini vurğulayıb.