ABŞ donanmasının ən nəhəng aviadaşıyıcısı regionumuza daxil olub

Kəşfiyyat qurumunun məlumatına görə, aviadaşıyıcıda 1600 nəfər var
Sputnik

BAKI, 15 oktyabr — Sputnik. ABŞ donanmasına məxsus ən böyük aviadaşıyıcı olan "Essex LHD-2" Doha limanına çatıb. Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamaya görə, aviadaşıyıcı Qətər ilə ABŞ arasında terrorçuluq və radikalizmlə mübarizə sahəsində birgə hərbi əməkdaşlıq çərçivəsində Doha limanına gəlib: "Aviadaşıyıcının Doha limana gəlməsi ABŞ-ın bölgəmizin təhlükəsizliyinə təminat verməsinin və Qətərlə olan dostluq əlaqələrinin göstəricisidir".

"Essex LHD-2"nin Dohada nə qədər qalacağı və bu müddət ərzində hansı missiyanı yerinə yetirəcəyi ilə bağlı məlumat verilmir. ABŞ donanmasına bağlı kəşfiyyat qurumunun məlumatına görə, aviadaşıyıcıda, təxminən 1600 nəfər var.