Xəyanət ardınca xəyanət – Ən yaxın dostu da onu satdı

Serdar Dayanık İzmir həbsxanasından azadlığa buraxılıb
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Adnan Oktarın ən yaxın adamlarından olan Sərdar Dayanık da Peşmanlıq Qanunundan faydalanaraq etirafçı olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun verdiyi 90 səhifəlik ifadədə təşkilatı çökdürəcək etiraflar yer alıb. Etirafdan sonra Serdar Dayanık 2 gün öncə İzmir həbsxanasından azadlığa buraxılıb.

Məlumata görə, Dayanık 1987-ci ildən Adnan Oktar şəbəkəsinə böyük miqdarda yardımlar etdiyini də etiraf edib.

30 ildir Adnan Oktarın müridi olan Serdar Dayanık şəbəkəyə maddi yardım edən 1000 nəfərlik qrupu idarə etdiyini qeyd edib.