BAKI, 14 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.
"Lakin ola bilsin, istefaya getsin", — deyə Tramp bildirib.