CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürüşmə zonasından son xəbər gəldi

Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaratdığı Qərargahın saat 9:00-a olan məlumatında deyilir.

"Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb", — deyə ETSN-in mətbuat xidmətindən bildirilib.

Bundan əvvəl Qərargah üzvlərinin ərazidə növbətçilik əsasında müşahidələr apardığı qeyd edilmişdi.