BAKI, 14 oktyabr — Sputnik. Ağstafa rayonunda yaşlı kişi özünə xəsarət yetirib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, rayonun 1936-cı il təvəllüdlü Sadıxlı kənd sakini Paşayev Xaliddin Məhəmməd oğlu bıçaqla boğazı kəsilmiş halda xəstəxanaya yerləşdirilib.
Əməliyyat olunan X.Paşayevin vəziyyətinin hazırda ağır olaraq qaldığı bildirilir.
Yaxınları onun ruhi xəstə olduğunu və yaşadığı evdə özünə xəsarət yetirdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.