CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar və kişilər: Nevroloji xəstəliklərdən daha çox kim əziyyət çəkir?

Araşdırma müddətində 26 il ərzində 5291 nəfər dünyasını dəyişib, onlardan 2031 nəfəri nevroloji xəstəliklərdən əziyyət çəkirmiş
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Hollandiya alimləri 45 yaşından böyük kişi və qadınlarda ciddi nevroloji xəstəliklər (demensiya, insult və parkinson) inkişaf səviyyəsini araşdırıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alınan nəticələr heç də ümidverici olmayıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, belə problemlər hər iki qadından və hər üç kişidən birində müşahidə edilir.

Nevrozun əsas əlamətləri, digər xəstəliklərlə səhv salmayın

1990-2016 illəri əhatə edən araşdırmada 12102 nəfər iştirak edib. Onların 58 faizi qadın olub. Bütün könüllülər 45 yaşından yuxarı olub. Həkimlər onların sağlamlıq vəziyyətini izləyib. Araşdırma müddətində 26 il ərzində 5291 nəfər dünyasını dəyişib. Onlardan 2031 nəfəri nevroloji xəstəliklərdən əziyyət çəkirmiş.

Bundan əlavə, 1489 nəfərdə demensiya, 263 nəfərdə parkinson, 1285 nəfərdə isə insult aşkar edilib.

Bu məlumatlardan istifadə edərək, alimlər belə qərara gəlib ki, 45 yaşından sonra qadınlarda 48, kişilərdə isə 36 faizində nevroloji xəstəliklər müşahidə edilir.

Belə ki, kişilərdən fərqli olaraq qadınların daha çox demensiyadan əziyyət çəkdiyi müəyyən edilib. Ancaq kişilər daha gənc yaşlarında tez-tez insultdan əziyyət çəkir.

Nevroloji diaqnoz qoyulan şəxslərdə yüksək təzyiq, xolesterin səviyyəsinin artması, ikinci tip diabet və ürək ritmi ilə bağlı problemlər müşahidə edilib.