Filmlərdəki maşınlar üzərində Van Dammın şpaqat həmləsini görən Jalə özü də onu təkrarlamaq arzusuna düşüb. Yeddi yaşından məşq edərək bu istəyinə nail olub. O, gələcəkdə iritonnajlı avtomobillərin üzərində bu hərəkəti tam gözəlliyi ilə həyata keçirmək niyyətindədir. Əlbəttə ki, bu istəyini gerçəkləşdirməsi üçün çox məşq etməlidir.
Jalənin babası Tofiq İsayev balaca gimnastın hərəkət edən avtomobillərin üzərində şpaqatda dayanmasına qorxu və həyəcanla baxdığını deyir. Buna baxmayaraq, o, nəvəsinin bu məharətindən daha çox fərəh və qürur hissi keçirir.