“Facebook”-da böyük qalmaqal

Bu, "Cambridge Analytica" qalmaqalından sonra ikinci böyük qalmaqaldır
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. “Facebook”-da 29 milyon istifadəçinin məlumatları oğurlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Federal Təhqiqatlar Bürosunda istintaq başlanılıb.

"Facebook" adından açıqlama verən şəxs deyib ki, 29 milyon nəfərin məlumatı hakerlər tərəfindən ələ keçirilib. Hakerlərin kim olduğu açıqlanmayıb. Qeyd edək ki, bu, "Cambridge Analytica" qalmaqalından sonra ikinci böyük qalmaqaldır.

29 milyon istifadəçilərin məlumatlarını oğurlayan hakerlərin "view as" tətbiqindən istifadə etdikləri bildirilir. Şirkət bu günlərdə məlumatları oğurlanan istifadəçilərin hansı məlumatlarının oğurlandığı ilə bağlı məlumat verəcək.