Daha bir ölkədə torpaq sürüşdü, 25 min insan köçürüldü

Hadisə zamanı infrastruktur obyektlərinə, ağaclara ciddi zərər dəyib
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Çində torpaq sürüşməsi çay yatağını bağlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ərazidən 25 min insan təxliyə edilib. Xilasedicilər zərərçəkənlərin qida, su və əsas ehtiyaclarını təmin edir.

Sürüşmə demək olar ki, Jinşa çayını tamamilə bağlayıb. Nəticədə 100 milyon kub suyun yığıldığı göl əmələ gəlib.

Hadisə zamanı infrastruktur obyektlərinə, ağaclara ciddi zərər dəyib.