CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdarda gözlənilən oldu: Evlərdə təhlükə yaranıb

Sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alınıb.

"Sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00 —a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb", — deyə məlumatda bildirilir.