Azərbaycanlı gəlin türklərin sevimlisi oldu

Müştərilərin ən çox türk qəhvəsi və kababları bəyəndiyini deyən qadın türk yeməkləri bişirə bildiyini bildirib.
Sputnik

BAKI, 14 oktyabr — Sputnik. Azərbaycanlı gəlin Türkiyədə yeməkxana açıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2,5 il əvvəl uşaqlıq dostu vasitəsilə Soner Tarık adlı türk vətəndaşı ilə tanış olub Türkiyənin Gümüşxanə şəhərinə gəlin köçən Pərvanə Nərmin Məmmədova əri ilə birlikdə Azərbaycan yeməklərinin verildiyi yeməkxana açıb.

Məlumata görə, atası Qarabağ döyüşçüsü olan Məmmədova voleybolçu olmaqla yanaşı gözəl yeməklər də bişirə bilir.

Müştərilərin ən çox türk qəhvəsi və kababları bəyəndiyini deyən qadın türk yeməkləri bişirə bildiyini bildirib.