RUSİYA

Putin Rusiya-Belarus münasibətlərinə dair zarafat etdi: "Sizə görə ziyana düşürük"

Putinin sözlərinə görə, Belarus AES-in ilk enerji bloku qrafikə uyğun olaraq 2019-cu ilin sonlarında istismara buraxılacaq
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. “Rusiya ziyana düşərək Belarusda Atom Elektrik Stansiyası (AES) tikdirir” deyən Rusiya prezidenti Vladimir Putin Mogilyovu ziyarət edərkən zarafat edib. 

Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiya və Belarus regionlarının V forumunda qeyd edib ki, “sizə (Belarusa) qaz satmaq əvəzinə, sizin üçün AES inşa edirik”. 

Putinin sözlərinə görə, Belarus AES-in ilk enerji bloku qrafikə uyğun olaraq 2019-cu ilin sonlarında istismara buraxılacaq. Bütün stansiya isə 2020-ci ildə təhvil veriləcək. 

Rusiya prezidentinin sözlərinə əsasən, bu, nəinki Belarusun enerji təchizatı və iqtisadiyyatı ilə bağlı vəziyyəti yaxşılaşdıracaq, eyni zamanda rəsmi Minsk üçün əlavə ixrac imkanları da yaradacaq.