VİDEO

İkibaşlı mutant tısbağa çinliləri heyrətə salıb

Çin qoruqlarından birində üç ay bundan öncə doğulan nadir ikibaşlı tısbağanı lentə alınıb.
Sputnik

Videodan aydın görünür ki, heyvancığazın ayaqları sinxron hərəkət etmir. Belə ki, başlarının hər ikisi yalnız bədəninin bir hissəsinə nəzarət edir.

Qoruğun işçiləri onu digər tısbağalardan təcrid ediblər, çünki mutant genin onlara da keçməsindən qorxurlar. Bundan başqa, onun təkbaşına sağ qala bilməyəcəyi riski də mövcuddur. Mutasiya etmiş genin ətraf mühit amillərindən irəli gəldiyi söylənilir.