CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəhşətli statistika açıqlandı: Dünyada on milyonlarla insan...

Şimali Koreyada da əhali aclıqdan əziyyət çəkir.
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Hazırda dünyada 124 milyon insan aclıqdan əziyyət çəkir. Sputnik Azərbaycan xəbər verir ki, bu 2017-ci ilə görə 44 milyon nəfər çoxdur. Bu barədə Beynəlxalq Ərzaq Siyasəti Tətqiqat İnstitutu Welthungerhilfe və Worldwide Concern ilə birlikdə hesabat yayıb.

2018-ci ildə aclıq yaşayan insanların çoxu məcburi köçkünlərdir. Onların sayı təxminən 70 milyondur.

Problem Mərkəzi Afrika Respublikası, Çad, Haiti, Madaqaskar, Sierra Leone, Yəmən və Zambiya kimi ölkələrdə daha kəskindir. 

Ötən illə müqayisədə Şimali Koreyada aclıqdan əziyyət çəkənlərin sayı artıb.