Dağlara qar yağdı, 9 alpinist öldü

Torpaq sürüşməsi güclü qar fırtınasından sonra baş verib
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Himalay dağlarına yağan güclü yağışlardan sonra torpaq sürüşməsi zamanı 9 alpinist ölüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Himalay dağlarında 7 min 193 metr yüksəklikdə Qurja dağı yamaclarında torpaq sürüşməsi meydana gəlib. Sürüşmə nəticəsində dağın yamacının 3500 metrliyində qurulan çadırda olan 5 koreyalı və 4 nepallı alpinist ölüb. Nepal dağa dırmanma qrupunun rəhbəri Vanqçu Şerpa ölənlər arasında Koreya dağa dırmanma qrupunun lideri Kim Çanq-honun da olduğunu açıqlayıb.

Açıqlamaya görə, torpaq sürüşməsi güclü qar fırtınasından sonra baş verib.