BAKI, 13 oktyabr — Sputnik. Alimlər su molekullarının köməyi ilə erkən mərhələdə onkoloji xəstəliklərin diaqnostikasının üsulunu aşkarlayıb. Bu barədə Sputnik AzərbaycanRusiya KİV-nə istinadən xəbər verir.
İspaniyanın Basklar ölkəsinin Universitetinin mütəxəssisləri xərçəngin inkişafı ilə bağlı 90% hallarda meydana gələn iki növ Tn antigeni üzərində araşdırma aparıb.
Qeyd olunur ki, su ilə təmas zamanı Tn anti-genləri xarakterik reaksiyaya girir. Belə ki, treoninlə bağlı birinci növ antigen məhlulda sərt forma alır, serinlə bağlı olan antigen isə daha yumşaq olur. Alimlərin fikrincə, Tn molekullarının inkişafını bu formada inkişafını izləmək onkoloji xəstəliklərin inkişafını dəyərləndirməyə imkan verir.
Bundan əlavə, alimlər Tn antigeninin sintetik analoqunun yaradılması hesabına xərçəngə qarşı terapiya hazırlamaq niyyətindədir.