SƏHİYYƏ

Bir gənc ölümü ilə 4 xəstəni xilas etdi

Gəncin ürəyi, böyrəkləri, qaraciyəri 4 həyatı qurtarıb
Sputnik

BAKI, 13 oktyabr — Sputnik. Türkiyədə 23 yaşlı gənc ölümü ilə bir neçə xəstəyə həyat verib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, gənc yol qəzasına düşüb və aldığı travma nəticəsində beyin ölümü keçirib. Həkimlərin güclü nəzarətinin olmasına baxmayaraq gəncin həyatını qurtarmaq mümkün olmayıb. Həkimlər ailə üzvlərinə bildirib ki, gəncin orqanları sağlam olduğu üçün bir neçə xəstəni qurtara bilər. Ailə üzvləri həkimlərin təklifini qəbul edib və ondan sonra onun daxili orqanları İsmir, Ankara, Bursada olan 4 xəstəyə bağışlanıb.

Bununla da gəncin ürəyi, böyrəkləri, qaraciyəri 4 həyatı qurtarıb.