Türkiyə üçün tarixi gün: Qalmaqallı proses başladı

Ərdoğan: "ABŞ Türkiyə ədalətinə hörmət etməlidir"
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Bu gün Türkiyə Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr başlayır. Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir keşiş Bakı vaxtı ilə saat 07:45-də məhkəmənin keçiriləcəyi zala gətirilib.

ABŞ-dan rahib Bransonla bağlı növbəti açıqlama

Qalmaqallı məhkəmə prosesinin özü isə Bakı vaxtı ilə saat 11:00-da başlayır. Prosesi xeyli sayda yerli və xarici KİV nümayəndəsi izləyir.

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı keşiş Endryu Bransonun həbsinə münasibət bildirərkən vurğulayıb ki, "ABŞ Türkiyə ədalətinə hörmət etməlidir".

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Prokuror Bransona 35 il cəza tələb edirdi.

Onun həbsindən sonra ABŞ Türkiyəyə qarşı bəzi sanksiyalar tətbiq edib.