Ərdoğandan ciddi anons: Türk ordusu ölkə xaricində əməliyyata başlayacaq

Türkiyə Prezidenti: "Onları çox yaxında darmadağın edəcəyik"
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Türkiyə ordusu yaxın vaxtlarda PYD-YPG terrorçularının məhv ediməsi üçün Suriyanın şimalında, Menbiç rayonunda yeni hərbi əməliyyata başlayacaq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Türkiyə Silahlı Qüvvələrinin "sındığını" və vurulan zərbədən özünə gələ bilməyəcəyini düşünənlər türk ordusunun əsl gücünü gördülər. Ölkə daxilində terror qruplaşmasına sarsıdıcı zərbələr endiririk. İnşallah, çox yaxında Fərat çayının şərqində də terror yuvalarını darmadağın edəcəyik" — deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə terrorçular tam məhv oluna qədər onlarla mübarizə aparmağa davam edəcək.