Mətbuat mərkəzi

Qafqazda təhlükəsizlik problemi Bakı və Moskva əməkdaşlığını zəruri edir

"Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 59-cu iclası olacaq
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. 16 oktyabr saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqlar klubunun 59-cu iclası olacaq.

Bu tədbirdə Şimali Qafqazda, eləcə də Azərbaycanın şimal hissəsində terrorizm əleyhinə keçirilən effektiv əməliyyatlar, bölgədə ekstremizm və radikal meyllərin yayılmasına qarşı mübarizə kontekstində birgə tədbirlərin təşkilinin perspektivlərindən söhbət açılacaq.

Həmçinin Suriyadakı və İraqdakı hərbi əməliyyatlarda qanunsuz birləşmələrin tərəfində iştirak edən şəxslərin geri qayıtması və bununla bağlı aparılan istintaq və profilaktik tədbirlərə toxunulacaq.

Dəyirmi Masa formatındakı müzakirələrdə iştirak edəcək:

Yevgeni Mixaylov — rusiyalı politoloq,

Sahil İsgəndər — politoloq,

Arzu Nağıyev — politoloq,

Nadir Şəfiyev — politoloq,

Zaur Məmmədov — politoloq,

Moderator, politoloq İlqar Vəlizadə.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.