HADİSƏ

Zaqatalada psixoloji problemləri olan qadın dəhşətli əməl törədib

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Dünən Zaqatala rayonunda arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Aşağı Tala kənd sakini Şöhrət Qaracayevanın meyiti yaşadığı evin həyətyanı sahəsində xurma ağacından asılı vəziyyətdə tapılıb.

Məlumata görə, yaşlı qadının uzun müddətdir ki, psixoloji problemləri varmış. Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.