Azərbaycana gözlənilən önəmli səfərin tarixi açıqlandı

Trampın milli təhlükəsizlik üzrə müşaviri Cənubi Qafqaza gəlir
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaza səfərinin dəqiq tarixi açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə C.Bolton öz "Twitter" səhifəsində yazıb.

"Oktyabrın 20-də təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm" — Bolton qeyd edib.