CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə işsizlərlə bağlı təklif

Deputat: "Həbsdən çıxanların işlə təmin olunması məsələsində onlara köməklik göstərilməlidir"
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. "Cəzaların humanistləşdirilməsi istiqamətində bütün addımları alqışlayıram. Bildiyiniz kimi, bir çox insan cənab Prezidentin cəzaların humanistləşdirilməsi haqqında sərəncamından, amnistiya, əfv aktlarından yararlanaraq azadlığa çıxır. Lakin burada əsas problem onların işlə təmin olunması məsələsidir".

Azərbaycanda işsizlərin sayı bilindi - RƏSMİ

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Məmmədov deyib. O bildirib ki, Cəzaların İcrası Məcəlləsində həbsdən çıxanların işlə təmin olunması məsələsində onlara bu istiqamətdə köməkliklərin göstərilməsi öz əksini tapıb: "Ancaq nədənsə məmurlar buna əməl etmirlər. Bu adamlar işsiz qalır. Bəs onlar nə ilə dolansınlar?"

"Əvvəllər həbsdən azadlığa çıxan insanlar yaşadığı yer üzrə nəzarətə götürülür və işlə təmin olunurdular. Bu insanların yenidən cinayət törədib həbsə qayıtmaması üçün bu gün də onların işlər təmin olunması istiqamətində addımlar atmalıyıq" — deputat bildirib.