Günəşdə qaralmış və dənizin ağuşunda yaşayan bu insana baxarkən, onun gəncliyinin həbsdə keçdiyinə inanmaq bir qədər çətindir. Amma onun gitarada ifa etdiyi mahnıları dinləyərkən anlayırsan ki, oxuduğu hər kəlməni yaşayıb, hiss edib.
Əslən laçınlı olan Mehman Pirallahı adasında böyüyüb. İndi isə Bakının Dübəndi qəsəbəsində yaşayır, balıqçılıqla məşğul olur və həzin səsiylə özünün bəstələdiyi mahnıları gitarada ifa edir.