CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xəbərdarlıq edib.

Sputnik Azərbaycan qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.