HADİSƏ

Avtomobildə siqaret və telefon keçirmək istəyən saxlanıldı

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gömrük baxışı zamanı avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 600 ədəd "Marlboro" və 2180 ədəd "Kent" markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid telefon qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 3 ədəd üzərində "Mİ A2 Lite" yazısı olan və 3 ədəd üzərində "Redmi Note 5" yazısı olan mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.