Ərdoğan və Yıldırım otelə kimin toyuna getdi?

Cütlüyün nikahı isə Ankara Böyükşəhər bələdiyyə sədri Mustafa Tuna tərəfindən kəsilib
Sputnik

BAKI, 12 oktyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə parlamentinin sədri Binəli Yıldırım toy mərasiminə qatılıb. Bu barədə Sputnik Azərbaycan "Son Dakika"ya istinadən xəbər verir.

Məlumata əsasən, Ərdoğan və Yıldırım Türkiyənin Enerji və Təbii Qaynaqlar nazirinin müşaviri Alparslan Bayraktarla Türkiyənin Tokiodakı səfiri Hasan Murad Mərcanın qızı Səidiə Simin Mərcanın toyuna qatılıb.

Oteldə baş tutan mərasimdə Türkiyə prezidenti və parlament sədri nikah şahidi olublar.

Cütlüyün nikahı isə Ankara Böyükşəhər bələdiyyə sədri Mustafa Tuna tərəfindən kəsilib.