VİDEO

Gənclər üçün qaçılmaz fürsət: Bakıda Beynəlxalq Təhsil Sərgisi başlayıb

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılışı olub.
Sputnik

Üç gün davam edəcək sərgi "Uşaqların gələcəyinə sərmayə" devizi altında keçirilir. Sərgidə dünyanın 12 ölkəsindən 135 ali təhsil, orta ixtisas təhsil və ixtisasartırma müəssisələri bir araya gələrək gənclərə qaçılmaz fürsətlər təqdim edirlər.

Tədbirin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir.

Sərgiyə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.

Qeyd edək ki, "Sputnik Azərbaycan" 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin məlumat tərəfdaşıdır.