Ordumuzun döyüş hazırlığı yoxlanılır

Müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi illik plana əsasən Maddi-Texniki Təminat Baş İdarəsinin bir qrup zabiti cəbhəboyu zonada hündür dağlıq ərazi və şərt iqlim şəraitində yerləşən bölmələrdə olublar.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini — MTT qərargahının rəisi polkovnik Qədir Nəsibovun rəhbərlik etdiyi qrup bölmələrin qışa hazırlığı işinin keyfiyyətini, şəxsi heyətin qış mövsümü normalarına uyğun təminatı və təchizatını yoxlayıblar.

1 / 4
Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır
2 / 4
Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır
3 / 4
Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır
4 / 4
Bölmələrin qış mövsümünə hazırlığı yoxlanılır

Şəxsi heyətlə görüşlərdə müvafiq xidmətin daha keyfiyyətli təşkili ilə bağlı Müdafiə nazirinin tələb və göstərişləri vəzifəli şəxslərə çatdırılıb, metodiki məşğələlər keçirilib.