İlham Şaban: “Neft qiymətindəki dəyişikliklər iqtisadi tendensiyalarla bağlıdır”
“Neftin qiymətində tez-tez dəyişikliklərin olması normal prosesdir”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Ekspert bildirib ki, 3-4 ildən bir neftin qiymətində müşahidə olunan qalxıb-enmələr bazardakı ümumi iqtisadi tendensiyalarla bağlıdır.
“2017-ci ildən etibarən neftin qitymətində yüksəlmə başladı. Buna səbəb olaraq bir neçə amili göstərmək olar. Birincisi OPEC və OPEC+ ölkələri neft hasilatını müəyyən miqdarda azaltdılar. Bu 2017-ci ildə bazarda öz nəticəsini göstərdi. ABŞ prezidenti tərəfindən İrana qarşı sanksiyaların birinci mərhələsi təsdiqləndi. Bu, 2018-ci ildə bazara çox ciddi təsir edən amil oldu. Bütün baş verən bu proseslər bazarda defisit yaradır. Noyabrda sanskiyaların ikinci mərhələsi təsdiqlənərsə neftin qiyməti 90 dolları keçə bilər”,- deyə ekspert bildirib.
Ekpertin geniş şərhinə audiofaylda baxa bilərsiniz