RUSİYA

Rusiyada ağır qəza: 12 nəfər həlak oldu - VİDEO

Daha iki nəfər isə avtobusda sıxılaraq qalıb, onları çıxarmağa çalışırlar
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Rusiyanın Çuvaşiya Respublikasının Çeboksarı şəhərində avtobus və yük maşınının iştirakı ilə baş verən yol qəzasında 12 nəfər ölüb, daha 10-u isə yaralanıb.

Rusiya DİN-in məlumatına görə, qəzaya yük maşınının qarşı zolağa çıxması səbəb olub.

Daha iki nəfər isə avtobusda sıxılaraq qalıb, onları çıxarmağa çalışırlar. Yaralananlardan 4 nəfəri ağır vəziyyətdə xəstəxanadadır.