Yerevan meri seçilən şəxs kimdir?

Marutyanın inauqurasiya mərasimi oktyabrın 13-ü keçiriləcək
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Erməni aktyor, komik və şoumen Ayk Marutyan Yerevan meri səlahiyyətlərinin icrasına başlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Bu gün səhər saatlarında Ermənistan paytaxtının yeni seçilən Ağsaqqallar Şurasının ilk iclası keçirilib.

"Bütün Yerevan sakinlərinin arzularını həyata keçirmək üçün tarixi imkana malikik. Biz vətəndaşlarımızın hər dəqiq, saniyə, hər gün gülməsi üçün çalışacağıq" – deyə Marutyan bildirib.

O, şura üzvlərini hansı partiyaya mənsub olmasında asılı olmayaraq birgə işləməyə çağırıb.

Marutyanın inauqurasiya mərasimi oktyabrın 13-ü keçiriləcək.