HADİSƏ

Bakıda yanğın olub

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib
Sputnik

BAKI, 11 oktyabr — Sputnik. Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 20 m2 sahədə yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Föqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.