Yolun ortasında çarpayıda meyit tapıldı

Polis hadisə yerinə gələn zaman həqiqətən adyala bürünmüş 30 yaşlı miqrantın meyidini küçədə aşkar edib
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Səudiyyə Ərəbistanında baş verən qəribə hadisə polisləri də heyrətləndirib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə polisə gələn şikayətdə deyilib ki, gecə yarısı yolun ortasında çarpayı qoyulub və adyala bürünmüş bir adam meyidi də onun üzərindədir. Polis hadisə yerinə gələn zaman həqiqətən adyala bürünmüş 30 yaşlı miqrantın meyidini küçədə aşkar edib. 

Araşdırma nəticəsində məlum olub ki, kişi çoxsaylı güllə yarasından dünyasını dəyişib. Belə ki, onun bədənində onlarla güllə yarası aşkar edilib. Hələ məlum deyil ki, miqrant öldürülən zaman bu qədər güllə vurulub, yoxsa öləndən sonra meyidinə bu qədər güllə vurublar. Hadisə ilə bağlı araşdırma aparılır.