HADİSƏ

Jurnalistin qətli ilə bağlı yeni həbslər var

Almaniya polisi bolqar jurnalistin qətlində şübhəli bilinənləri saxlayıb
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Almaniya polisi bolqar jurnalist Viktoriya Marinovanın qətlində şübhəli bilinən ikinci şəxsi saxlayıb.

"Report"un məlumatına görə, bu barədə NOVA telekanalı mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, qətl işi ilə bağlı şübhəli kişi, onun həyat yoldaşı və xalası da saxlanılıb. Şübhəli şəxsin DNT analizi hadisə yerində olmuş şəxsin analizi ilə üst-üstə düşüb.

Qeyd edək ki, qətl işi ilə bağlı ilk olaraq Rumıniya vətəndaşı saxlanılıb. Lakin onun cinayətkar olmadığı məlum olub. Buna görə də həmin şəxs sərbəst buraxılıb.