Valideynləri qızlarını evdən qəribə səbəbdən qovdular

24 yaşlı qızın boyu 2 metrə çatıb
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Türkiyədə valideynlər maraqlı səbəbdən qızlarından imtina edib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı gənc qız Serap Dəmirin yaşı artdıqca boyu da sürətlə artmağa başlayıb. Nəticədə 24 yaşlı qızın boyu 2 metrə çatıb. Bu zaman gənc qızı ögey atası evdən qovub. Qızın doğma atası həbsxanada olduğu üçün evə gedə bilməyib. Beləliklə qız gecələri bəzən xəstəxanalarda keçirməli olur.

Serap Demir açıqlama verərkən bunları deyib: “Çölə çıxanda insanlar mənim boyuma gülürlər. İnsanlar çox olan yerlərə getmirəm. İnsanlar mənə güldükcə psixologiyam pozulur. Atam həbsxanaya düşdükdən sonra anam başqa kişi ilə evləndi. Ögey atam da məni evdən qovub. Bu boyla da mənə heç kim iş vermir. Xəstəyəm, heç kim mənə kömək etmək istəmir”.

Gənc qız kiçik bir evinin olmasını istəyir. O qeyd edib ki, heç kimin ona gülməyəcək bir daxmasının olmasını, orada sakit həyat yaşamasını istəyir.