CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda aviasiya ilə bağlı mühüm tədbir keçirilib

Müşavirəni AZAL prezidenti Cahangir Əsgərov giriş sözü ilə açıb
Sputnik

BAKI, 10 oktyabr — Sputnik. Bakı MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən "Avrasiya" Koordinasiya Şurasının 35-ci müşavirəsinə ev sahibliyi edib.

Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müşavirədə 15 ölkədən 90 iştirakçı, o cümlədən MDB ölkələri — Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistanın milli aeronaviqasiya xidməti provayderlərinin baş direktorları, həmçinin İCAO, Dövlətlərarası Aviasiya Komitəsi, İATA və digər beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri iştirak ediblər.

AZAL sərnişinlərlə bağlı açıqlama verib

Müşavirəni AZAL prezidenti Cahangir Əsgərov giriş sözü ilə açıb. Daha sonra müşavirə "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev və "Avrasiya" Koordinasiya Şurasının Sədri – "Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası" FUDM-nin baş direktoru İqor Moiseenkonun çıxışları ilə davam edib.

Müşavirə zamanı "Avrasiya" üzv dövlətlərinin milli aeronaviqasiya xidməti provayderlərinin nümayəndələrinin MDB dövlətlərinin aeronaviqasiya sistemlərinin vəziyyəti və inkişaf planları barədə məruzələri dinlənilib.

Əsas diqqət aşağıdakı məsələlərə yönəldilib:

— pilotsuz uçuş aparatlarının uçuşları və onların uçuş təhlükəsizliyinə təsiri;

— azad marşrutların hava məkanı və "Avrasiya" regionunda tətbiqi perspektivləri;

— Avropa hava məkanının müasirləşdirilməsi və hava məkanı sahəsində milli strategiyalar;

— mülki aviasiyaya dair sazişin iştirakçısı olan dövlətlərin mülki aviasiya sahəsində uçuşlarının təhlükəsizlik vəziyyəti;

— "Avrasiya" şurasının üzv dövlətlərinin milli hava hərəkətinin təşkili sistemlərinin harmonizasiyası.

İclasda eyni zamanda İCAO, İATA və Dövlətlərarası Aviasiya Komitəsi kimi beynəlxalq təşkilatların nümayəndələri də məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, "Avrasiya" Koordinasiya Şurası 1999-ci ildə yaradılıb. Onun təsisçiləri "Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası" FUDM (Rusiya), "Kazaeronaviqasiya" RDM (Qazaxıstan), "Azəraeronaviqasiya" (Azərbaycan), "Belaeronaviqasiya" DM (Belarus), "Kırqızaeronaviasiya" DM (Qırğızıstan), "Tadjikaeronaviasiya" DUM (Tacikistan) və "Uzaeronaviqasiya" Mərkəzidir (Özbəkistan).