Mətbuat mərkəzi

Neftin qiymətləri niyə qalxır və bizi nə gözləyir?!

Hər şey Səudiyyə Ərəbistanının atacağı addımlardan və dünya ictimaiyyətinin bu addımlara nə dərəcədə düzgün cavab verəcəyindən asılıdır
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Oktyabrın 1-də neftin qiymətləri rekord həddə çatdı. İlk dəfə idi ki, Brent neftinin qiyməti 2014-cü ildəki maksimum həddə çatırdı. Bununla belə, bir sıra ekspertlərin fikrincə, neftin qiymətləri ilə bağlı vəziyyət qeyri-sabitdir. Hər şey Səudiyyə Ərəbistanının atacağı addımlardan və dünya ictimaiyyətinin bu addımlara nə dərəcədə düzgün cavab verəcəyindən asılıdır.

Neftin qiymətləri ilə bağlı dünyada baş verən proseslərin Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi barədə 11 oktyabr saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək dəyirmi masada bu sahənin ekspertləri — Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban, iqtisad elmləri doktoru, UNEC-in professoru Elşad Məmmədov və "Sputnik Azərbaycan"ın iqtisadi şərhçisi Fuad Əlizadə danışacaqlar.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85,

E-mail: i.velizade@rian.ru.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.