Müğənni ilk toy gecəsindən danışdı

“Kişi aktyor yaraşıqlı deyildi, deyəsən həm də impotent idi. Qız isə…”
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Məşhur müğənni öz toy gecəsindən danışıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, müğənni Tina Törner “Rolling Stone” jurnalına müsahibə verib. Müsahibəsində müğənni öz keçmiş həyat yoldaşı, rok-n-rol janrının yaradıcısı olan Ayk Törner haqqında da danışıb. Müğənni etiraf edib ki, əri zifaf gecəsində onu seks-şouya baxmağa məcbur edib.

Musiqiçilər 1962-ci ildə Tixuana şəhərində ailə həyatı qurub.

17 yaşlı gəlin toy gecəsi öldürüldü

"İnsanlar hətta təsəvvür edə bilməz ki, o necə kişi idi. Hansı ki, o kişi toydan sonra arvadını canlı pornoqrafik seks-şouya aparmışdı. Və mən həmin çirkin məkanda oturub, gözümün ucu ilə Ayka baxırdım. Bu həqiqətənmi onun xoşuna gəlirdi?" – deyə müğənni keçmiş günlərini xatırlayıb.

"Bu çox eybəcər idi. Kişi aktyor yaraşıqlı deyildi, deyəsən həm də impotent idi. Qız isə… Belə deyək, onların nümayişi ginekologiya ilə daha çox əlaqəli idi, nəinki erotika ilə. Şou davam etdiyi müddətdə mən özümü çox alçaldılmış hiss edirdim. Hətta ağlamağa hazır idim. Amma çıxış yolum yox idi. Ayk qərar verənə qədər biz gedə bilməzdik. O isə əylənirdi" – deyə Törner bildirib.

Törner qeyd edib ki, o dəfələrlə əri tərəfindən müxtəlif, o cümlədən seksual zorakılığa məruz qalıb. Cütlük 1978-ci ildə ayrılıb.

8 dəfə "Qremmi" mükafatı sahibi olan 78 yaşlı müğənni Tina Törner həm də "rok-n-rol karliçası" adlandırılır.

Ayk Törner isə rok-n-rolun mənbəyi olan ritm-blyuz musiqiçi olub. O 2007-ci ildə 76 yaşında ölüb.