Jironovski inauqurasiya zamanı yıxıldı – VİDEO

Nərdivanla səhnəyə çıxarkən ayağı büdrəyib və yıxılıb.
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Vladimir Jirinovski Vladimir vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya zamanı səhnədə yıxılıb. Bu barədə Sputnik AzərbaycanREN TV-yə istinadən xəbər verir.

Məlumata əsasən, Jirinovski nərdivanla səhnəyə çıxarkən ayağı büdrəyib və yıxılıb.

Buna baxmayaraq partiya lideri ayağa qalxıb və çıxış edərək bildirib ki, region sakinlərindən heç kim seçiminə görə təəssüflənməyəcək.