HADİSƏ

Qax sakini borca görə özünü asdı

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Qax rayonunun Lələpaşa kəndində intihara cəhd baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü İbrahim Abdurahmanov özünə məxsus bağda intihara cəhd edib. Onu son anda yaxınları xilas edib. Xəstənin vəziyyəti ağır olduğundan Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

İ.Abdurahmanovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun külli miqdarda borcu olduğu bildirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.