VİDEO

Min bir dərdin dərmanı: Bakıda arıçılıq məhsulları sərgisi keçirilir

Sayca 19-cu dəfə keçirilən sərgi ildən-ilə daha da mükəmməlləşir. Bu dəfə yarmarkada Azərbaycanın bütün bölgələri iştirak edir.
Sputnik

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə bu il sərgiyə 150 ton arı məhsulu daxil olub. Qida Təhlükəsizliyi Agentliyinin apardığı ekspertiza analizlərinin nəticəsinə görə, 30 ton bal sərgidən kənarlaşdırılıb.

"Hər il keçirilən yarmarkanın məqsədi ölkəmizin regionlarından olan arıçıları Bakıda alıcılarla üz-üzə gətirməkdir" — B. Həsrətov deyib.

Son zamanlar Azərbaycan həm də bal ixracatçısı kimi tanınmağa başlayır. Belə ki, Yaponiyaya artıq 8 ton bal göndərilib, Ərəb ölkələri üçün 5,5 ton tədarük edilib və İngiltərəyə nümunə kimi 450 kiloqram bal yola salınıb.

Qeyd edək ki, arıçılıq məhsulları sərgisi oktyabrın 8-dən 28-dək Bakı şəhəri, Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçiriləcək.

Balların qiyməti 25-40 manat arasıdır və arıçılar sevə-sevə öz ballarından dadmağa icazə verirlər.