CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Metropolitenində daha bir ilk yaşanır

Bəxtiyar Məmmədov bu seçim mərhələsində bir ilkə imza atdıqlarını da qeyd edib
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyətinin hərəkət qatarlarının maşinisti peşəsi üzrə iyul ayının 16-da elan etdiyi namizədlərin seçim prosesi başa çatıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, seçim mərhələlərinə qatılmaq üçün metropolitenini rəsmi intrenet saytına 500-dən artıq müraciət daxil olub: "Onlardan 339-u əvvəlcədən elan edilmiş əsas tələblərin şərtlərinə uyğun gəlməyib. İlk seçim mərhələsinə isə 170 nəfər dəvət olunub. Onlardan 127 nəfəri müsahibə mərhələsində iştirak edib, qalanları gəlməyib. Peşəkar mütəxəssislər tərəfindən aparılan psixoloji test mərhələsində 22 nəfərin əsas seçim standartlarına tam cavab verdiyi müəyyən olunub".

Bəxtiyar Məmmədov bu seçim mərhələsində bir ilkə imza atdıqlarını da qeyd edib. O, deyib ki, ilk dəfə olaraq qadınlar üçün də seçim mərhələsində yaşıl işıq yandırdıq: "Qadınlar da müraciət etmişdi. Hətta bu say 10-dam çox idi. Müsahibəyə cəmi 3 qadın qatıldı. Seçimdən isə cəmi biri keçdi. Hal-hazırda kurslara qatılıb. Uğurla kursu bitirsə Bakı Metropoliteninin tarixində ilk maşinist qadın olacaq".