SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AŞPA öz səlahiyyətlərini artıra bilmədi

Sənədin lehinə 99 nəfər, əleyhinə 79 nəfər səs verib, 16 nəfər isə bitərəf qalıb
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Assambleyanın hakimiyyət və səsverməyə dair qərarvermə səlahiyyətlərinin gücləndirilməsi“ adlı məruzə qəbul edilməyib.

“Report” xəbər verir ki, uzun sürən müzakirələrdən sonra sənədin lehinə 99 nəfər, əleyhinə 79 nəfər səs verib, 16 nəfər isə bitərəf qalıb. 

Məruzənin AŞPA-nın İxtisas komissiyasına geri göndərilməsi qərara alınıb. 

Sənədin Avropa Şurasının fundamental dəyərlərinin daha yaxından müdafiə edilməsi məqsədilə qanun və prosedurlara dəyişikliklər olunması ilə yenidən hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da məruzənin müzakirəsi zamanı çıxış edərək öz təkliflərini verib. 

Xatırladaq ki, oktyabrın 8-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayıb.