CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maqnit fırtınası gözlənilir

Xatırladaq ki, ən böyük maqnit fırtınası bu ilin avqust ayının 26-da baş verib
Sputnik

BAKI, 9 oktyabr — Sputnik. Oktyabrda Yer üzündə maqnit fırtınası müşahidə ediləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, oktyabrın 8-11 və 18-20 tarixlərində maqnit fırtınası gözlənilir.

Məlumata görə, oktyabrın 8-də başlayacaq geomaqnit fırtınası xüsusilə hiss ediləcək. Belə ki, onun intensivliyi 5 ballıq şkala üzrə 2 bal olacaq.

Maqnit qasırğasının təsirini necə azaltmaq olar?

Bu günlərdə meteohəssas insanlarda baş ağrısı, gərginlik, emosional qeyri-sabitlik, gücün azalması kimi əlamətlər müşahidə edilə bilər.

Mütəxəssislər məsləhət görür ki, bu günlərdə meteohəssas insanlar fiziki ağırlıq tələb edən işlərdən uzaq olmalı, daha çox açıq səma altında zaman keçirməlidir.

Maqnit fırtınası elektron əşyalar üçün də təhlükəlidir.

Xatırladaq ki, ən böyük maqnit fırtınası bu ilin avqust ayının 26-da baş verib. O anidən başlayıb və alimlərin proqnozlaşdırdığı müddətdən daha çox davam edib.