Ərəb turistlərin qaldığı ev yandı, ölən və yaralananlar var

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib.

Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.