Milli Məclis qərarını dəyişib

Parlamentin növbəti plenar iclasının vaxtı dəyişdirilib
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Parlamentin növbəti plenar iclasının vaxtı dəyişdirilib. Sputnik Azərbaycan xəbər verir ki, növbəti plenar iclas oktyabrın 12-də keçiriləcək.

Sonrakı iclasın isə oktyabrın 16-da keçirilməsi planlaşdırılır. Oktyabr ayı üçün sonuncu plenar iclası bu ayın 30-da keçiriləcək.

Qeyd edək ki, daha öncə növbəti plenar iclasın oktyabrın 19-da keçiriləcəyi gözlənilirdi.